Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək yeni yolla bağlı İDDİA
Tarix: 05-07-2022 | Saat: 12:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistanın "Hraparak" qəzeti Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək avtomobil yolu ilə bağlı yeni xəbər yayıb.

Qarabaqinfo.az xəbər verir ki, qəzetin iddiasına görə, Ermənistan tərəfi Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək yolla bağlı 4-5 marşrut təklif edib.

Xəbərdə qeyd edilir ki, Ermənistanın rəsmi səlahiyyətliləri yolların hardan keçəcəyini açıqlamağa tələsməsələr də, 4-5 variantın müzakirə olunduğu bildirilir.

"Hraparak" bildirir ki, həmin yol variantlarından neçəsinin gerçəkləşəcəyi barədə məlumat yoxdur.

“Bəlkə ola bilsin ki, bir neçəsi işə salınsın, hələ ki hakimiyyət bunu açıqlamır”,-deyə xəbərdə qeyd olunur.

Qəzet müzakirə edilən yol variantlarından birinin Naxçıvandan Ermənistan ərazisindən keçməklə Qubatlıya, digərinin Kəlbəcər istiqamətinə uzana biləcəyi versiyasını irəli sürüb.

Xatırladaq ki, Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması nəzərdə tutulur.

Bəyanatın bu bəndində deyilir:

“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.
Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”.(Modern.az)



Xəbəri paylaş

1239 dəfə oxunub.

Digər xəbərlər