Saytımızı qiymətləndirin


 
 

Netanyahu ABŞ-da Vitkoff və Kuşnerlə İran danışıqlarını müzakirə edib
Tarix: 11-02-2026 | Saat: 16:33
Bölmə:Karusel / Dünya | çapa göndər

 

İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtondakı Bler House-da Ağ Evin yüksək vəzifəli müşavirləri Stiv Vitkoff və Cared Kuşner ilə görüşüb.

Qarabaginfo.az bildirir ki, bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.

Netanyahunun ofisinin məlumatına görə, Vitkoff və Kuşner ötən cümə günü İranla apardıqları danışıqların ilk mərhələsi haqqında yenilənmiş məlumat təqdim ediblər.

Netanyahunun ABŞ Prezidenti Donald Trampla Ağ Evdə danışıqları bu gün, çərşənbə günü baş tutacaq.

Media orqanları İsrail Baş nazirinin əsas prioritetinin ABŞ-İran danışıqları olacağını bildirib.



Xəbəri paylaş

50 dəfə oxunub.

Digər xəbərlər