Tarix: 05-12-2025 | Saat: 14:30
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti mərhələdə köç edən sakinlərə evlərinin açarları təqdim edilib.
Qarabaginfo.az xəbər verir ki, bu mərhələdə Horovlu kəndinə 66 nəfər -18 ailə köçürülüb.
Təqdimat mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***
13.02
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç prosesi gerçəkləşib.
Qarabaginfo.az xəbər verir ki, bu gün köçürülən 18 ailə - 66 nəfər Horovlu kəndinə çatıb.
Sakinləri Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və ANAMA-nın mütəxəssisləri qarşılayıb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, şəhidlərə rəhmət, ailələrinə səbir diləyiblər.
Digər xəbərlər







" style="width: 670px; height: 340px;">










