Ana Sayfa > Karusel / Qarabağ > Cəbrayılın Horovlu kəndinə növbəti köç olub, açarlar təqdim edilib- FOTO 

Cəbrayılın Horovlu kəndinə növbəti köç olub, açarlar təqdim edilib- FOTO 


5-12-2025, 14:30. Yazar: Admin

Cəbrayılın Horovlu kəndinə növbəti köç olub, açarlar təqdim edilib- FOTO - YENİLƏNİB

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti mərhələdə köç edən sakinlərə evlərinin açarları təqdim edilib.

Qarabaginfo.az xəbər verir ki, bu mərhələdə Horovlu kəndinə 66 nəfər -18 ailə köçürülüb.

Təqdimat mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

13.02

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç prosesi gerçəkləşib.

Qarabaginfo.az xəbər verir ki,​ bu gün köçürülən 18 ailə - 66 nəfər Horovlu kəndinə çatıb.

Sakinləri Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və ANAMA-nın mütəxəssisləri qarşılayıb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, şəhidlərə rəhmət, ailələrinə səbir diləyiblər.


Geri dön