Tarix: 28-08-2021 | Saat: 11:15
Bölmə:Karusel / Sosial | çapa göndər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda Milli Məclisin bir qrup deputatı ilə görüş keçirilib.
DSMF-dən Qarabaginfo.az-a bildirilib ki, əvvəlcə Fondun fəaliyyət istiqamətləri, hədəfləri və prioritetlər barədə məlumat verilib.
Fondun İdarə Heyətinin sədri Himalay Məmişov 44 günlük Vətən müharibəsi iştirakçılarına, şəhidlərinin ailə üzvlərinə sosial ödəniş təyinatlarının proaktiv qaydada aparılmasından bəhs edib. Bundan başqa Fondun bütün regional ərazi filialları və qəbul şöbələrində Vətən müharibəsində şəhid olanların ailə üzvlərinə növbəsiz xidmət göstərildiyi, onların müraciətləri ilə əlaqədar xüsusi vahid pəncərələrin yaradıldığı diqqətə çatdırılıb. Eyni zamanda vətəndaşların məlumatlandırılması və onlardan gələn müraciətlərin operativ cavablandırılması üçün istər sosial platformalarda, istərsə də qəbul mərkəzlərində xüsusi işlərin görüldüyü barədə məlumat verilib.
Görüşdə müraciətlərin araşdırılması, operativ cavablandırılması, vətəndaşlara lazımi köməkliyin göstərilməsinə toxunulub, vətəndaş məmnunluğunun prioritet məsələ olduğu vurğulanıb.
Sonra millət vəkillərinin sualları cavablandırılıb.
Belə görüşlərin davamlı olaraq keçirilməsinin sıx əməkdaşlıq üçün əhəmiyyəti vurğulanıb.
Digər xəbərlər