Saytımızı qiymətləndirin


 
 

Dövlət Məşğulluq Agentliyi daha 1000-dən çox şəxsi peşə kurslarına cəlb edib
Tarix: 13-04-2026 | Saat: 13:45
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Dövlət Məşğulluq Agentliyi (Azərbaycan) — Vikipediya

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 1009 nəfər işsiz və işaxtaran şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.

Bu barədə Qarabaginfo.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 261 nəfəri üçün Agentliyin Bakı, Gəncə, Göyçay, Qarabağ Peşə Hazırlığı Mərkəzlərində, 748 nəfəri üçün özəl tədris müəssisələrində kurslar təşkil olunub:

"Kurslarda müdavimlərə data analitik, insan resursları mütəxəssisi, mühasib, qrafik dizayner, sığorta agenti, yanacaqdoldurma stansiyalarının operatoru, qənnadıçı, şirniyyatçı və s. peşələr üzrə bilik və bacarıqlar öyrədilir.

İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan kursları uğurla başa vuran şəxslərin işlə təminatına da dəstək göstəriləcək".



Xəbəri paylaş

50 dəfə oxunub.

Digər xəbərlər
19-01-2018, 12:06 XUDAYAR MÜƏLLİMİN İTİ
26-12-2018, 10:10 DİN rəisinə ağır itki
10-10-2024, 13:51 Zelenski Londona getdi