Saytımızı qiymətləndirin


 
 

Erməni ekspert ölkəsinin uğursuzluqlarını sadalayıb
Tarix: 28-12-2020 | Saat: 15:42
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistan ilə Faşist Almaniyası ilə oxşarlıqlar nədir? -

Ermənistan ilə Faşist Almaniyası ilə oxşarlıqlar nədir? -

“Ermənistan İkinci Qarabağ müharibəsində 5 minə yaxın canlı qüvvə itirib, 10 minə yaxını yaralanıb, təxminən 2 min nəfər itkin, 300 nəfər əsir düşüb”.

Qarabaginfo.az Report.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Strateji Araşdıma Mərkəzinin direktoru Tiqran Arutyuyan baş nazir Nikol Paşinyanın 2,5 illik hakimiyyəti ilə bağlı feysbuk səhifəsində bildirib.

O, məsələ ilə bağlı sadaladığı 11 faktda Ermənistanın uğursuzluqlarını açıqlayıb.

Ermənilər hələ də elə hesab edir ki, Qarabağ və işğal altında saxladıqları torpaqlar onlara məxsusdur. Mərkəz direktoru hesabatda Ermənistanın ərazisinin 42 min kv km-dən 25 min kv km-dək azaldığı və Azərbaycanla sərhədin uzunluğunun 500 km-dək artdığı qeyd edib. Təəssüf ki, bəzi dövlətlər də ermənilərin bu avantürasına uyaraq Azərbaycanın işğaldan azad etdiyi ərazilərini ermənilərin öz evlərini tərk etməsi kimi qələmə verirlər. Bu müharibədə ermənilər Azərbaycan torpaqlarından çıxarılıb.

Ekspert bildirib ki, ötən 2,5 ildə Ermənistan iqtisadiyyatına sərmayə qoyuluşu “0”, xarici borc 8 mlrd ABŞ dollar, adambaşına düşən ümumidaxili məhsulun həcmi 7,5 faiz düşüb: “İri qızıl yatağı, enerji ehtiyatların 15 faizi, kənd təsərrüfatına yararlı torpaqların 10 faizi itirilib”.

Tiqran Arutyuyan bildirib ki, pandemiyaya qarşı mübarizə iflasa uğrayıb: Koronavirusdan rtı 3 min nəfər ölüb: “Bu dünya üzrə ən pis götəricidir”

O, təhsil sistemində də kollaps olduğunu vurğulayıb. Müəllif Sünik (Zəngəzur) vilayətindən 40 minə yaxın qaçqın olacağını bildirib.

T.Arutyuyan ermıi cəmiyyətinin parçalandığını və psixoloji cəhətdən sındığını qeyd edib.

O sonda bildirib ki, Ermənistanın pis vəziyyətə düşməsi üçün Nikol daha nəyi etməyib? 

O yazıb ki, Polis və Milli Təhlükəsizlik Xidmətinin yenidən qurulmasına baxmayaraq öz səlahiyyətlərinin icra edə bilmir.

Baş verən uğursuzluqlarında Azərbaycanı da ermənisayaq ittiham edən ekspert yazıb: “Ermənistanın beynəlxalq arenada subyektivliyin itirməsi, beynəlxalq münasibətlərin siyasi xəritəsindən silinməsi, yaxşı və sadəcə neytral əlaqələri olan müttəfiq ölkələri itirməsi”.

O sonda bildirib ki, Ermənistanın pis vəziyyətə düşməsi üçün Nikol daha nəyi etməyib? “Novosti Armeniya”



Xəbəri paylaş

318 dəfə oxunub.

Digər xəbərlər