Tarix: 14-02-2022 | Saat: 07:14
Bölmə:Karusel / Region | çapa göndər
Avrasiya İqtisadi İttifaqı (Aİİ) Azərbaycanla istənilən formatda dialoq aparmağa hazırdır. Ötən ilin dekabrında Bakıda Azərbaycan Diplomatik Akademiyasının meydançasında Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin iştirakı ilə keçirilən ekspert müzakirələri bu mövzuya maraq olduğunu göstərib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mixail Yevdokimov TASS-a müsahibəsində Azərbaycanın Aİİ-yə müşahidəçi qismində daxil olmasının perspektivləri ilə bağlı sualı cavablayarkən deyib.
Evdokimov qeyd edib ki, Avrasiya İqtisadi İttifaqı onunla qarşılıqlı fəaliyyətdə maraqlı olan dövlətlər üçün açıqdır.
Bununla belə, o qeyd edib ki, “İttifaqla qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması haqqında qərar bütün üzv dövlətlərin və maraqlı tərəfin razılığı ilə və mümkün iqtisadi nəticələrinin hərtərəfli təhlilinin nəticələrinə əsasən qəbul edilir. Biz öz tərəfimizdən tərəfdaşlarımızı lazımi informasiya dəstəyi ilə təmin edirik”.(virtualaz.org)
Digər xəbərlər