Saytımızı qiymətləndirin


 
 

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri 4 medal qazanıb
Tarix: 10-10-2021 | Saat: 21:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri 4 medal qazanıb

Azərbaycanı Norveçin paytaxtı Oslodakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Həsrət Cəfərov bürünc medal uğrunda görüşə çıxıb.

Qarabaginfo.az-ın məlumatına görə, 67 kq çəki dərəcəsində yer alan 19 yaşlı pəhləvanın rəqibi Gürcüstan təmsilçisi Ramaz Zoifze olub. Rəqibinə 0:8 hesabı ilə uduzan Cəfərov 5-ci yerlə kifayətlənib.

Beləliklə, Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası dünya çempionatını 4 medalla başa vurub. Daha əvvəl Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) bürünc medal qazanıb. Sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) da bürünc medalla kifayətlənib. Qadın güləşçilərdən isə heç biri medal əldə edə bilməyib.



Xəbəri paylaş

1211 dəfə oxunub.

Digər xəbərlər
24-02-2022, 15:27 Paşinyan Qazaxıstandadır