NATO qüvvələri Latviya sahillərində beş Rusiya hərbi təyyarəsini – üç MiQ-31, Su-30 və Su-35 aşkar edib.
Qarabaginfo.az “Bild”ə istinadən xəbər verir ki, NATO-ya görə, onlar beynəlxalq hava təhlükəsizliyi qaydalarını pozublar. Macarıstan qırıcıları təyyarənin qarşısını almaq üçün səmaya qalxıb.
Latviyanın müdafiə naziri Andris Sprids bəyan edib ki, Moskvanın hərəkətləri NATO-nun güclənməsinin zəruriliyini nümayiş etdirir.
Bundan əlavə, yerli “P4 Blekinge” nəşrinə görə, dünən axşam İsveçdəki Karlskrona hərbi dəniz bazası yaxınlığında naməlum PUA təyyarələr aşkarlanıb.
Ekstra Bladet-dən olan danimarkalı jurnalistlərin Danimarka sahillərində, Langeland adasından cəmi 12 kilometr aralıda radar siqnalı söndürülmüş Rusiyanın Aleksandr Şabalin desant gəmisini aşkar etməsi gərginliyi daha da artırıb.