Saytımızı qiymətləndirin


 
 

“Azərbaycan BMT-nin qətnamələrini tək yerinə yetirib”
Tarix: 18-05-2021 | Saat: 13:05
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Təəssüflər olsun ki, Ermənistanın fərqli ölkələrdə olan diaspora qurumları azərbaycanlılara qarşı haqsız bəyanatlar verərək, yerli əhalini onlara hücumlar təşkil etməyə vadar edirlər. Bu, bir daha Ermənistan diasporasının qeyri-konstruktiv olduğunu, hadisələrə real yanaşa bilmədiyini göstərir”.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Sultan Zaidov Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Mədəniyyəti Mərkəzinə hücum edilməsi ilə bağlı danışarkən bildirib.
O xatırladıb ki, Tovuz döyüşləri zamanı da oxşar hadisələr baş vermişdi, Los-Ancelesdə, Kaliforniyada ermənilərin kütləvi hücumu olmuşdu:

“Hücum edənlərin arasında terror təşkilatlarının simvollarını görmüşdük. Bu, erməni terrorunun təcəssümü kimi xarakterizə olunmalıdır. İndi isə onlar Lüksemburqda oxşar addımlar atırlar. Onlar bir növ müharibədə yaşanan acı məğlubiyyətin əvəzini qeyri-sivil və kirli əməllərlə çıxmağa çalışırlar. Sözsüz ki, onlar bu əməlləri ilə heç nəyə nail olmayacaqlar. Azərbaycan bölgədə yeni reallıq yaradıb, bu reallığı öz qələbəsi ilə forlamaşdırıb. BMT-nin qətnamələrini tək yerinə yetirib və beynəlxalq ictimaiyyət də Qarabağ həqiqətlərini bilir. Ermənistanın bundan sonra atacağı qeyri-konstruktiv addımları onun onsuz da bərbad vəziyyətdə olan beynəlxalq imicini daha da ləkələyəcək”. 

Ekspertin sözlərinə görə, Avropanın ən “sivil” ölkələrindən sayılan Lüksemburqda belə hadisələrin baş verməsi bu dövlətin formalaşdırmağa çalışdığı imicinə ziddir:

“Təəssüflər olsun ki, Lüksemburqdakı erməni diasporasının hökumət üzərində müəyyən təsiri var. Vətən müharibəsindən sonra Lüksemburqun müharibənin nəticələri ilə bağlı qərəzli bəyatları olmuşdu. Bu bəyanatların heç bir əsası yoxdur, Azərbaycan hüquqi çərçivədə öz addımlarını atdı və ərazi bütövlüyünü bərpa etdi. Oxşar qərəzli yanaşmanı Fransa tərəfindən də gördük. Bu, sözügedən dövlətlərdə ikili standartların olduğunu göstərir. Hər zaman hüquqdan, demokratiyadan danışıb, amma digər tərəfdən beynəlxalq hüququ təmin edən Azərbaycanı əsassız şəkildə təndiq edirlər. 

Həmçinin, bu ölkələr daxili siyasətdə bəlli sayda erməni diasporasının təsiri dairəsində hərəkət edirlər. Düşünürəm ki, bu, Lüksemburqun milli maraqlarına zidd olan nüansdır. Sadəcə olaraq həmin erməni diasporasının təsirindən çıxa bilmirlər və qərəzli fəaliyyət nümayiş etdirirlər”.


Xəbəri paylaş

1324 dəfə oxunub.

Digər xəbərlər