Saytımızı qiymətləndirin


 
 

Qazaxıstan Azərbaycana 1 milyon tondan çox taxıl göndərib
Tarix: 27-07-2024 | Saat: 14:34
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Qazaxıstan ümumilikdə Azərbaycana 1 milyon tondan çox taxıl göndərib.

Bunu Bakıda Qazaxıstanın Ərzaq Korporasiyasının İdarə Heyətinin sədri Asılxan Cumaşev deyib.

O qeyd edib ki, ölkəsi Azərbaycana iri həcmdə taxıl buğdası göndərməyə hazırdır.

“Biz hazırda Qazaxıstan buğdası ilə Azərbaycan bazarında yenidən rəqabətədavamlı olmaq və əvvəlki mövqelərimizə qayıtmaq üçün mexanizmlər üzərində işləyirik”, – deyə, o, kənd təsərrüfatı forumunda deyib.

Asılxan Cuvaşev qeyd edib ki, aydın strukturlaşdırılmış və uğurla fəaliyyət göstərən buğdasaxlama və marketinq sistemi Azərbaycana məhsulu səmərəli tədarük etməyə imkan verir: “Xüsusən də, Hövsan limanında yerləşən Bakı taxıl terminalı ildə 600 min tona yaxın taxılyükləmə qabiliyyətinə malikdir, dəyirman kompleksi isə ildə 50 min tona qədər məhsul emal etmək gücünə malikdir. Terminal fasiləsiz işləyir və yüksək keyfiyyətli xidmətlərə zəmanət verən avtomatlaşdırılmış prosesə nəzarət sistemi ilə təchiz olunub”.



Xəbəri paylaş

72 dəfə oxunub.

Digər xəbərlər