Saytımızı qiymətləndirin


 
 

“Sizdən qat-qat ağır vəziyyətdə olanlar var” – Adil Əliyev
Tarix: 04-01-2022 | Saat: 19:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Sizdən qat-qat ağır vəziyyətdə olanlar var” – Adil Əliyev

“Bu gün hər kəs Azərbaycan dövlətinin yanında olmalıdır. Biz bir olmalı və dövlətin siyasətini dəstəkləməliyik. Vətən müharibəsindəki Zəfərimiz dövlətin siyasətini dəstəkləyənlərin haqlı yolda olduqlarını sübut etdi. Dövlətin siyasətini dəstəkləyənlər haqlı çıxdılar. “Ay bir kəndi qaytara bilsələr, belə edəcəm...” kimi sözlər deyib dövlətin siyasətinə inanmayanların, sapı özümüzdən olan baltaların fikirləri isə həqiqəti əks etdirmirdi”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin sədr müavini Adil Əliyev deyib.

Deputat bildirib ki, müharibəyə gedən insan vətənpərvər olmaya bilməz: “Bir xalqın övladı şəhidliyi, şəhadəti ali tutur və müqəddəs hesab edirsə, həmin xalq gec ya tez qələbə qazanmalıdır. Sadəcə, zamana ehtiyac var idi. "Həmin zaman nə vaxt gələcək?" deyə soruşanlar da az deyildi. Şükürlər olsun ki, zaman yetişdi. Azərbaycan dövləti və xalqımız qələbə qazanmaq üçün hər şey etdi. Qazilər canlı şəhidlərimizdir. İki övladını şəhid verən, gözünün qarşısında yaralı övladını görən ananın vəziyyətini bilməyən, dərk etməyən insan heç vaxt qələbənin dadını bilməz. Onlar üçün ancaq gündəm maraqlıdır. Lakin unutmaq olmaz ki, dünya malı dünyada qalacaq. Kimin gücü nəyə çatırsa, onu edə bilər, çünki bölüşmək gözəl şeydir. Heç kim düşdüyü vəziyyətdən inciməsin. Hər birimizdən qat-qat ağır vəziyyətdə olan insanlar var. Həmişə arxanızca gələnlərə baxıb, Allaha şükür edin. Şükür edənlər hər zaman qalib gələcəklər. Necə ki, biz 30 il şükür edərək gözlədik və qalib gəldik. Mən Vətəninə, dövlətinə bağlı olanlarla qürur duyuram, onların qarşısında baş əyirəm. Cənab Prezident İlham Əliyevin hər bir əmrini yerinə yetirməyə hazıram və onun əsgəriyəm. Müharibə dövründə də iki dəfə iştirak üçün müraciət etmişəm”.

A.Əliyev, həmçinin qeyd edib ki, əksəriyyət deputatların sehrli çubuğ olduğunu və onu hara vursalar, qapıların açılacağını hesab edirlər: “Millət vəkillərinin yalnız müəyyən çərçivə daxilində səlahiyyətləri var. Deputatların hər biri övladını şəhid vermiş valideynlərin yanındadırlar. Görməmək, başqa don geyindirmək olmaz. Bunu deyənlər özləri heç kimin qapısını döymürlər. Mən demirəm ki, hər kəsin imkanı olmalıdır və hər kəs bazarlıq edib getməlidir. Amma hər kəs şəhid ailələrinə dəstək ola bilər. Bu, maddiyyata bağlı olan məsələ deyil, Vətənə, millətə bağlılıqla əlaqəlidir. Bu da bizim xalqımızın əksəriyyətində var. Kömək edənlərə nalayiq sözlər deyənlər, şər atanlar bizdən ola bilməzlər. Biz şəhid ailələrinə, onların analarına qiymət verməliyik ki, gənc nəsil baxıb ibrət götürsün. Başa düşsünlər ki, şəhid anasına qiymət verilir və əgər nə vaxtsa o da şəhid olarsa, onun da anasına qiymət veriləcək, ailəsinə baş çəkiləcək. Yoxsa, ana bir övlad böyütsün, o da ya şəhid olsun, ya da sağlamlığını itirsin... Bəs belə olan halda, əgər biz - xalqımız həmin şəhid anasının yanında olmazsa, ona kim baxacaq? Bu cür davrananlar hansı vətəndaşlıqdan, hansı mövqedən danışa bilərlər?! Onlar hamımızın həyatını, namusunu, qeyrətini qoruyanda qazi və şəhid olublar”.



Xəbəri paylaş

1266 dəfə oxunub.

Digər xəbərlər