Saytımızı qiymətləndirin


 
 

Nazir müavini: Dünya üzrə kibercinayətkarlığın zərəri trilyon dollarlarla hesablanır
Tarix: 30-07-2025 | Saat: 10:56
Bölmə:Karusel / Multimedia | çapa göndər

Nazir müavini: Dünya üzrə kibercinayətkarlığın zərəri trilyon dollarlarla hesablanır

Dünya üzrə kibercinayətkarlığın iqtisadiyyata, dövlətə və cəmiyyətə vurduğu zərər trilyon dollarlarla hesablanır.
Qarabaginfo.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin” növbəti məzun günündə çıxışında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.
O qeyd edib ki, “Statista” platformasının hesablamalarına görə, kibercinayətkarlığın ümumi zərəri 2025-ci ildə 10 trilyon dollar civarında proqnozlaşdırılır: “Bu göstəricinin 2029-cu ilə qədər 16 trilyon dollara yüksələcəyi ehtimal edilir. Kibercinayətkarlar həm özəl, həm də dövlət sektorunu hədəf ala bilər. Bu o deməkdir ki, heç bir qurum kiberhücumlardan 100% sığortalanmayıb. Məhz buna görə də şirkətlərdə, dövlət qurumlarında və xüsusilə də ölkəmiz üçün kritik önəm təşkil edən müəssisələrdə kibertəhlükəsizlik üzrə müvafiq insan kapitalının, eləcə də lisenziyalıproqram təminatlarının və antivirus proqramlarının mövcudluğumüstəsna əhəmiyyət kəsb edir”.

S.Məmmədov bildirib ki, Azərbaycan informasiya məkanının müasir təhdidlərdən qorunması milli təhlükəsizliyimizin əsas istiqamətlərindən birinə çevrilib və dövlət rəhbərliyi səviyyəsində müvafiq strateji yanaşma formalaşıb: “Belə ki, 2023-cü il avqustun 28-də cənab Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” təsdiq edilib. Strategiyadan irəli gələn yanaşma çərçivəsində görülən işlər Qlobal Kibertəhlükəsizlik İndeksinin 2024-cü il üçün açıqladığı hesabatda ölkəmizin mühüm irəliləyiş əldə etdiyini göstərir. Azərbaycan reytinqdə 100 mümkün xaldan ümumilikdə 93,76 (doxsan üç tam yüzdə yetmiş altı) xal toplayaraq “təkmil səviyyə”də qərarlaşıb. Beləliklə, kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı istiqamətində aparılmış əməli fəaliyyətin ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin ciddi şəkildə yaxşılaşdırılmasına əhəmiyyətli töhfə verdiyinin şahidi oluruq.
Strategiyada digər mühüm məsələlərlə yanaşı, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində kadr hazırlığının gücləndirilməsinin təmin edilməsi zərurəti də öz əksini tapıb”.



Xəbəri paylaş

30 dəfə oxunub.

Digər xəbərlər