Türkiyədə keçirilmiş prezident seçkilərinin ikinci turu başa çatdı. Ölkənin indiki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan yenidən qalib gəldi.
Onun vahid namizəd olduğu "Cumhur İttifaqı"nı seçkilərin ilk turunda dəstəkləmiş seçicilər mayın 28-də də aktiv oldular. Nəticədə Rəcəb Tayyib Ərdoğan 52,14 faiz, Kamal Kılıçdaroğlu isə 47,86 faiz səs topladı.
Ərdoğanın rəqibi, müxalifətdəki partiyaların 6-nın bir araya gəldiyi "Millət İttifaqın"ndan olan vahid namizəd, Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu isə təbliğat-təşviqat kampaniyasındakı bəyanatları ilə vədlərinə rəğmən, məğlub oldu.
Beləliklə, Türkiyəni 5 il daha Ərdoğan idarə edəcək.
Bəs görəsən, bu 5 ildə Türkiyəni nələr gözləyir?
Məsələ ilə bağlı Yenisabah.az-a seçkidən əvvəl "Ərdoğan qalib gələcək" deyən Rusiyada yaşayan məşhur kliniki psixoloq ve ekstrasens Zirəddin Rzayev proqniz verib. O, qardaş ölkənin önümüzdəki 5 ili haqda danışıb:
“Son 5 il Turkiyə üçün asan illər olmayacaq. Ələlxüsus da xarici siyasətlə bağlı Türkiyədə gərginliklər yaşanacaq.
2023-cü ilin əvvəlin proqnoz vermişdim ki, təbii fəlakətlər, daşqınlar 2023-cü ildə də təkrarlanacaq. Orta Asiya və Avropa qitələrində təbii fəlakətlər aktivləşəcək. Buraya xüsusən zəlzələlər, qasırğa və su daşqınları daxildir. Təəssüf ki, müharibə və hərbi konfliktlərlə yanaşı, dünya özü də insanlığa savaş elan edəcək. Hətta o məqama çatacaq ki, təbii fəlakətlər insanların diqqətlərini hərbi konfliktlərdən yayındıracaq.
2023 cü ilin yanvarında demişdim ki: "Adını çəkmək istəmirəm, ancaq bir şeyi deyə bilərəm ki, dünya şöhrətli liderlərdən biri infarkt və insult xəstəliyi səbəbindən xəstəxanaya düşəcək. Xatırladım ki, həmin lider müsəlman ölkələrinə aiddir".
Ekstrassens bildirib ki, qarşıdakı dövr Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üçün həssas sayıla bilər:
“Ərdoğanın qəfildən canlı yayımda səhhətinin pisləşməsi bütün dünya mediasına yansıdı. 2025 və 2026-cı illər isə cumhurbaşkanı Ərdoğan üçün sağlamlıq baxımından həssas illərdir. Mən ona uzun ömür, can sağlığı arzulayıram”.