Saytımızı qiymətləndirin


 
 

Mənzil-qərargahı Vaşinqtonda olan radikal erməni təşkilatı Xankəndində ofis açır...
Tarix: 31-08-2021 | Saat: 23:26
Bölmə:Karusel / Dünya / Qarabağ | çapa göndər

Mənzil-qərargahı Vaşinqtonda olan radikal erməni təşkilatı Xankəndində ofis açır...
“44 günlük müharibədən sonra  da yaranmış humanitar, psixoloji və mənəvi çətinlikləri nəzərə alaraq, “ARFD” (“Daşnaksütyun”) bürosunun qərarı ilə “Hay dat" “Artsax” ofisi " "Hay Data" ümumdünya şəbəkəsi  çərçivəsində fəaliyyətə başlayacaq”. 
 
Qarabaginfo.az xəbər verir ki,  bu, "Armenpress"in  “Daşnaksütyun”(“ARFD”) bürosunun "Hay dat" mərkəzi ofisinə istinadla yaydığı məlumatdandır.
 
Qarabağda  "Hay dat" ofisinin qurulması   “Qarabağdakı “erməni xalqının hüquqlarının qorunması”, separatçı rejimin “beynəlxalq səviyyədə tanınması, müharibənin nəticələrinin aradan qaldırılması” və s. məqsədi güdür.
 
"Hay dat"- “ARFD”-nin mərkəzi ofisi sentyabrın 2 -də Qarabağ ofisinin açılması və  separatçı rejimin qondarılmasının 30 illiyi münasibəti ilə Xankəndində rəsmi qəbul keçirməyi planlaşdırır. 
Xatırladaq ki,  terrorçu “Daşnaksütyun” partiyasıyla  sıx bağlı olan “Hay dat”-   Amerikada yaradılıb, orada qeydiyyatdadır və mənzil-qərargahı Vaşinqtondadır.
 
Zəruri arayış: 
 
Amerika Erməniləri Milli Komitəsi (erm. Ամերիկայի Հայ Ազգային Կոմիտե, ing. Armenian National Committee of America) — Komitəni  "Hay dat"  da adlandırırlar. Komitə Amerikadakı erməni diasporunun fəaliyyətinin koordinasiyası ilə məşğuldur.
 
Amerikanın eləcə də Avropanın bir çox şəhərlərində ofisləri fəaliyyət göstərir, AEMK Daşnaksütun partiyası ilə sıx əlagələrə malikdir. Digər erməni təşkilatları ilə birgə Erməni soyqırımının tanınması məqsədi ilə kampaniyalar təşkil edir və digər lobbiçilik fəaliyyəti ilə məşğul olur.
 
1999-cu ildə komitənin sədri Murad Topalyan terror aktlarının təşkilinə və qanunsuz silah sursat saxlamasına görə, ABŞ hüqu-mühafizə orqanları tərəfindən həbs olunmuşdur.
 
Hal-hazırda komitənin fəaliyəti əsasən üç istiqamətdə təşkil olunub:
 
Ermənistana və Qarabağ separatçılarına maddi və siyasi yardım göstərmək.
ABŞ pprezidentinə və siyasi elitasına təsir və təzyiq göstərərək qondarma “erməni soyqırımı”nı tanıtdırmaq və Türkiyədən təzminat alınmasına nail olmaq.
 
Azərbaycana qarşı olan istiqamətdə  komitənin əsas məqsədi Qarabağ məsələsində guya ermənilərin düzgün mövqedə olmasını ABŞ və dünya ictimaiyyətinə qəbul etdirməkdir. Azərbaycana qarşı aparılan informasıya müharibəsinin təşkilinə kömək və onu maliyyələşdirmək də AEMK-nın prioritet məsələlərindən biridir.(Moderator.az)


Xəbəri paylaş

1306 dəfə oxunub.

Digər xəbərlər