Saytımızı qiymətləndirin


 
 

NATO şərq cinahını gücləndirmək üçün əlavə qüvvələr göndərib
Tarix: 09-02-2022 | Saat: 17:37
Bölmə:Karusel / Dünya | çapa göndər

NATO şərq cinahını gücləndirmək üçün əlavə qüvvələr göndərib

İspaniya bu həftə ərzində Bolqarıstana 4 qırıcı təyyarə və 130 hərbçi göndərəcək.

Qarabaginfo.az “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Bolqarıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərdə bildirilib ki, “Eurofighter” qırıcı təyyarələri Rusiyanın Ukrayna ilə sərhədə hərbi qüvvələr cəmləməsi nəticəsində yaranmış gərginlik fonunda hava polisi tapşırıqlarını icra edəcək.

İspaniyanın ilk qırıcı təyyarələrinin həftənin sonunadək Bolqarıstana enəcəyi və martın sonunadək Bolqarıstan Hava Qüvvələri ilə birlikdə hava məkanının müdafiəsini təşkil edəcəkləri bildirilib.

Bolqarıstan Müdafiə Nazirliyinin bəyanatında vurğulanıb ki, məqsəd NATO-nun şərq cinahında yerləşən ölkələrin təhlükəsizliyini təmin etmək üçün tədbirlər həyata keçirməkdir.

Qeyd edək ki, Hollandiyanın da aprel və may aylarında Bolqarıstana iki F-35 qırıcısı göndərəcəyi gözlənilir.



Xəbəri paylaş

1276 dəfə oxunub.

Digər xəbərlər