Saytımızı qiymətləndirin


 
 

Yeddi il sonra efirə qayıdır - A.B.İ başlayır
Tarix: 27-12-2025 | Saat: 13:13
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

yeddi-il-sonra-efire-qayidir

Türkiyənin tanınmış aktyoru Kenan İmirzalıoğlu yeddi il sonra yeni seriallla efirə qayıdır. 

Qarabaginfo.az xəbər verir ki, 51 yaşlı sənətçi ATV-də başlayacaq yeni A.B.İ (Ailə Bir İmtahandır) serialının baş qəhrəmanlarından biri olacaq. 

İlk anonsu yayımlanan serialda İmirzalıoğlu illər sonra ailəsinin yanına qayıdan və yanlışlarla dolu keçmişi ilə üzləşməli olan Doğan Hancıoğlu obrazını canlandıracaq. A.B.İ-nin əsas süjet xətti isə ailə münasibətləri, vicdan və insanın öz keçmişi ilə hesablaşmasından bəhs edir.

Kənan İmirzalıoğlunun serialdakı tərəf müqabili isə Afra Saraçoğludur. Bundan əvvəl “Yalı Çapkını”nında məşhurlaşan Afra burada hüquqşünas Çağla Öncü rolunu oynayacaq.

İlk anonsu ilə böyük maraq doğuran serial barədə yeganə narahatlıq Kənanla Afranın 23 illik yaş fərqidir. Çünki bəzi izləyicilər 51 və 28 yaşlı cütlüyün uyumlu olmayacaqlarını düşünürlər.



Xəbəri paylaş

111 dəfə oxunub.

Digər xəbərlər