Saytımızı qiymətləndirin


 
 

“Azad qadın” heykəli ilə bağlı - BŞİH-dən açıqlama
Tarix: 14-06-2022 | Saat: 10:49
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Azad qadın” heykəli ilə bağlı

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) “Azad qadın” heykəlinin ətrafında aparılan təmir işləri ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən Qarabaginfo.az-a bildirilib ki, hazırda Bakı Şəhər İcra Hakimiyyəti Təmir-Tikinti MMC tərəfindən ərazidə sınmış və ya zədələnmiş qranit və mərmər daşları sökülüb yeniləri ilə əvəz olunur, ərazi abadlaşdırılır.

O da qeyd olunub ki, abadlıq işlərinin sonunda ərazi yaşıllaşdırılacaq, yeni gül və kollar əkiləcək, qazon salınacaq, ərazi gözəl məkana çevriləcək.

Mətbuat xidməti əlavə edib ki, Azərbaycan dünyəvi dövlətdir, dövlət tərəfindən mühafizə olunan bu tarix-mədəniyyət abidəsinin sökülməsindən söhbət gedə bilməz və bu heç bir çərçivəyə sığmır.

Qeyd edək ki, ötən günlərdə sözügedən heykəlin söküləcəyi ilə bağlı sosial şəbəkələrdə paylaşımlar edilmişdi.

 



 



Xəbəri paylaş

225 dəfə oxunub.

Digər xəbərlər
22-01-2023, 16:06 Boris Conson Kiyevə gəldi