Saytımızı qiymətləndirin


 
 

Ermənistan çalxalandı - Milli Təhlükəsizlik Xidməti əhalini sakitləşməyə çağırdı
Tarix: 23-08-2022 | Saat: 15:05
Bölmə:Karusel / Region | çapa göndər

Azərbaycan və Naxçıvan arasında mümkün tranzit əlaqəsi Ermənistan sakinləri üçün hansısa məhdudiyyət demək deyil və bu, əhalinin ölkə daxilində hərəkətinə heç bir təsir göstərməyəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) yaydığı bəyanatında deyilir.


Dövlət qurumu qeyd edir ki, KİV-də və sosial şəbəkələrdə Azərbaycanla Naxçıvan arasında mümkün tranzit əlaqə yaranarsa, yerli və beynəlxalq avtomobil yollarının bağlanacağı, bunun da Ermənistan sakinlərinin sərbəst hərəkətinə mane olacağı barədə məlumatlar yayılır.

“Bu mesajlar həqiqətə uyğun deyil”,-deyə MTX bildirib.


Milli Təhlükəsizlik Xidməti xatırladıb ki, Ermənistan hökuməti Azərbaycanla Naxçıvan arasında yol əlaqəsini təmin edəcək 3 yeni keçid məntəqəsinin yaradılmasını nəzərdə tutan qərar layihəsini ictimaiyyətə açıqlayıb.


“Bu mərhələdə mümkün tranzit yollarının və onun normalarının işlənməsi prosesi gedir. Ermənistan sakinlərinin, eləcə də əcnəbilərin və onların nəqliyyat vasitələrinin hərəkəti üçün heç bir yol bağlanmayacaq, eləcə də hərəkətə məhdudiyyətlər tətbiq olunacaq”,-deyə Milli Təhlükəsizlik Xidməti bəyan edib.
 

Xatırladaq ki, hüquqi aktların dərci üçün vahid internet saytında hökumətin qərar layihəsi yer alıb. Milli Təhlükəsizlik Xidmətinin təklif etdiyi dəyişikliklərə əsasən, avtomobillə sərhəd-keçid məntəqələrinin sayı artırılacaq. O cümlədən, “Ermənistan-Azərbaycan dövlət sərhədi”ndə 3 buraxılış məntəqəsinin açılması təklif edilir.

Belə ki, Kəlbəcər rayonu ilə sərhəddə “Zod”, Naxçıvanın Sədərək rayonu ilə sərhəddə “Arazdəyən” və Qubadlı rayonu ilə sərhəddə “Eyvazlı” nəzarət-buraxılış məntəqələrinin açılması nəzərdə tutulur.



Xəbəri paylaş

1219 dəfə oxunub.

Digər xəbərlər
10-02-2021, 13:50 Sabah hava küləkli olacaq