Saytımızı qiymətləndirin


 
 

Aİİ ölkələrinin Baş nazirləri Minskdə görüşəcək
Tarix: 08-06-2022 | Saat: 18:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

Aİİ ölkələrinin Baş nazirləri Minskdə görüşəcək

Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin Baş nazirləri iyunun 21-də Minskdə görüşəcək.

Qarabaginfo.az BELTA-ya istinadən xəbər verir ki, bu barədə Avrasiya İqtisadi Komissiyasının rəsmi nümayəndəsi İya Malkina brifinqdə bildirib.

 

"Hökumətlərarası Şura iyunun 21-də Minskdə hökumət başçılarının iştirakı ilə keçiriləcək. Hökumət başçıları Aİİ-də identifikasiya vasitələri ilə malların markalanmasının tətbiqi, yüksək texnologiyalı sənayelərdə əməkdaşlıq, 2021-ci ildə transsərhəd bazarlarda rəqabətin vəziyyəti və ümumi rəqabət qaydalarının pozulması hallarının qarşısının alınması tədbirlərini müzakirə edəcəklər”, o bildirib.

Aİİ rəsmisi qeyd edib ki, müzakirə gündəliyinə nəqliyyat infrastrukturunun inkişafı, iqtisadiyyatın rəqəmsallaşdırılması, elektron ticarət, gömrük əməkdaşlığı və digər məsələlər daxildir.



Xəbəri paylaş

1202 dəfə oxunub.

Digər xəbərlər
18-11-2020, 12:47 Sabahın hava proqnozu