Ana Sayfa > Karusel / Multimedia > Nazir müavini: Dünya üzrə kibercinayətkarlığın zərəri trilyon dollarlarla hesablanır
Nazir müavini: Dünya üzrə kibercinayətkarlığın zərəri trilyon dollarlarla hesablanır30-07-2025, 10:56. Yazar: Admin |
Dünya üzrə kibercinayətkarlığın iqtisadiyyata, dövlətə və cəmiyyətə vurduğu zərər trilyon dollarlarla hesablanır. S.Məmmədov bildirib ki, Azərbaycan informasiya məkanının müasir təhdidlərdən qorunması milli təhlükəsizliyimizin əsas istiqamətlərindən birinə çevrilib və dövlət rəhbərliyi səviyyəsində müvafiq strateji yanaşma formalaşıb: “Belə ki, 2023-cü il avqustun 28-də cənab Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” təsdiq edilib. Strategiyadan irəli gələn yanaşma çərçivəsində görülən işlər Qlobal Kibertəhlükəsizlik İndeksinin 2024-cü il üçün açıqladığı hesabatda ölkəmizin mühüm irəliləyiş əldə etdiyini göstərir. Azərbaycan reytinqdə 100 mümkün xaldan ümumilikdə 93,76 (doxsan üç tam yüzdə yetmiş altı) xal toplayaraq “təkmil səviyyə”də qərarlaşıb. Beləliklə, kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı istiqamətində aparılmış əməli fəaliyyətin ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin ciddi şəkildə yaxşılaşdırılmasına əhəmiyyətli töhfə verdiyinin şahidi oluruq. Geri dön |