Saytımızı qiymətləndirin


 
 

İki ölkə arasında döyüşlər başladı - Ölənlər var
Tarix: 24-07-2025 | Saat: 12:00
Bölmə:Karusel / Dünya | çapa göndər

İki ölkə arasında döyüşlər başladı - Ölənlər var

 

Kamboca ilə Tailand arasındakı mübahisəli ərazidə iki ölkənin hərbçiləri arasında atışma olub.

qarabaginfo.az xəbər verir ki, Tailand ordusu atəşi ilk olaraq Kamboca əsgərlərinin başlatdığını açıqlayıb. Kamboca Müdafiə Nazirliyi də öz növbəsində açıqlama yayaraq, mübahisəli ərazidə sərhəd zonasında atışma olduğunu bildirib.

Tailand ordusu bildirib ki, toqquşmalarda 9 tailandlı mülki şəxs həlak olub. Ölüm halları sərhəddə yerləşən üç əyalətdə qeydə alınıb və onların arasında 8 yaşlı uşaq da var.

Xəsarət alanların sayı isə 14 nəfərdir. Kamboca tərəfdən itkilərlə bağlı məlumat verilməyib.

Qeyd edək ki, Kamboca-Tailand sərhəd münaqişəsi iki ölkə sərhədində 2008-ci ildə silahlı toqquşmalarla başlayıb. Münaqişənin kökündə Kamboca və Tailand krallıqları arasında Preahvihear məbəd kompleksi ətrafındakı ərazilərə dair əsrlər boyu davam edən mübahisədir./modern.az



Xəbəri paylaş

25 dəfə oxunub.

Digər xəbərlər