Saytımızı qiymətləndirin


 
 

"Şuşaya 4 km qalmışdı ki, yaralandım"
Tarix: 08-12-2020 | Saat: 11:20
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Şuşaya 4 km qalmışdı ki, yaralandım
Ağakişiyev Kamran

Azərbaycanın 44 günlük Vətən müharibəsində öz döyüş şücaəti ilə seçilənlərdən biri də Ağakişiyev Kamran Cavanşir oğludur. Kamran 1998-ci ildə Abşeron rayonu Qobu qəsəbəsində anadan olub. 2013-cü ildə Qobu qəsəbəsində yerləşən Qəzənfər Xalıqov adına tam orta məktəbi bitirib və elə həmin il Dövlət Dəmiryolu Liseyinə daxil olur. 2016-cı ildə təhsilini bitirərək hərbi xidmətə yollanır. 2018-ci ildə hərbi xidməti başa vurduqdan sonra, yenidən Bakıya qayıdır.

İkinci Qarabağ müharibəsi zamanı sentyabrın 27-də çağırış gəlib və hərbi xidmətə yollanıb. Qızğın döyüşlər zamanı oktyabrın 8-dən etibarən Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan və Xocəvənd uğrunda döyüşlərdə iştirak edib.

O, oktyabrın 21- də Xocavəndin Ərgünəş dağında minaatan mərmisi partlaması nəticəsində ağır yaralanıb.

Qarabaginfo.az xəbər verir ki, "Report"un əməkdaşı il həmsöhbət olan Kamran Ağakişiyev deyib ki, yaralanmasaydı Şuşaya 4 km-dən sonra çatacaqdı. Hazırda Kamranın sol kürəyində açıq yara və bədəninin müəyyən hissələrində qəlpələr var. Müalicəsini ev şəraitində davam etdirir.

 



Xəbəri paylaş

387 dəfə oxunub.

Digər xəbərlər
30-04-2024, 08:24 adna-terrorundan-15-il-otur