Saytımızı qiymətləndirin


 
 

“Paşinyan Rusiyanın ona dediklərini anlamır” - Ter-Petrosyan
Tarix: 28-05-2021 | Saat: 12:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Moskva bölgədəki planlarını Nikol Paşinyanla bölüşməkdə çox səmimidir. Problem Kremlin ona dediklərini başa düşüb, anlamamasıdır”.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın  keçmiş prezidenti Levon Ter-Petrosyan son müsahibəsində deyib.


Onun sözlərinə görə, rusiyalı sülhməramlıların (4 ildən sonra) mümkün geri çəkilməsindən sonra Qarabağ münaqişəsinin həllinin necə olacağı  sual altındadır:

“Məndən soruşsanız, həqiqətən bilmirəm. Bilmək üçün rusların proqramını başa düşməliyəm. Əliyev və Azərbaycan nə istəyir, biz bunu bilirik. Ancaq Rusiyanın planlarından xəbərdar deyilik. Rusiyanın  Qarabağ üçün planlarının nə olacağı sual altındadır.  Bu gün Rusiyanın Ermənistanda yalnız bir həmsöhbəti var - bu dövlət başçısıdır. Mənim özümün də ruslarla əlaqəm var, bəzən səfirlə görüşürük, həmçinin Robert Köçəryanın əlaqələri çoxdur. Ancaq ruslar bizə heç nə deməyəcəklər.  Ermənistanın məsuliyyətini Paşinyan daşıyır və buna görə də planları yalnız o bilər. Əminəm ki, Rusiya Paşinyana  Ermənistanda, Qarabağda, bölgədə nə etmək istədiyini söyləməkdə çox səmimidir. Ancaq Paşinyan, rusların ona dediklərini belə anlamır”.

 

Nikol Paşinyana eyham vuran Ter-Petrosyan həmçinin bildirib ki, yeni müharibə də mümkün ssenarilər sırasındadır:

“Ermənistan və Qarabağın taleyinin necə olacağını söyləmək  çətindir. Yeni müharibə də mümkün ssenarilər sırasındadır. Ancaq Türkiyənin duyğularını bilmək də vacibdir. Həmçinin, Moskvanın Zaqafqaziya ilə bağlı ciddi planları var və bundan əlavə, Rusiyanın bu yolla Suriyaya getməsi də gözləniləndir”.

 (Modern.az)



Xəbəri paylaş

1345 dəfə oxunub.

Digər xəbərlər