Tarix: 18-06-2026 | Saat: 07:14
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ Prezidenti Donald Tramp Amerika raketlərinin Avropa ölkələrində və Ukraynada lisenziya əsasında istehsalına icazə verilməsi imkanını nəzərdən keçirir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İranla münaqişə zamanı ABŞ-ın raket ehtiyatları əhəmiyyətli dərəcədə azalıb və bu arsenalın bərpası müəyyən vaxt tələb edir.
Bu səbəbdən Tramp Vaşinqtonun müttəfiqlərinə bildirib ki, ABŞ-dən kənarda raket istehsalına lisenziyaların verilməsi məsələsinə baxmağa hazırdır.
Agentliyin məlumatına görə, söhbət ABŞ müdafiə şirkətlərinin texnologiyaları əsasında Avropa və Ukrayna ərazisində raket istehsalının təşkilindən gedir.
Qeyd olunur ki, bu addım həm ABŞ-ın öz ehtiyatlarının bərpasına vaxt qazandırmaq, həm də müttəfiqlərin müdafiə imkanlarını gücləndirmək məqsədi daşıyır.
Digər xəbərlər



















