Saytımızı qiymətləndirin


 
 

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib
Tarix: 18-09-2026 | Saat: 11:47
Bölmə:Karusel / Sosial | çapa göndər

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Sentyabr - Dövlət Suverenliyi Günü ərəfəsində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə MİDA-nın Hövsan Yaşayış Kompleksindən 36 mənzil verilib.

Qarabaginfo.az xəbər verir ki, mənzillərin sənədlərinin təqdim edilməsi tədbiri 4 saylı DOST Mərkəzində keçirilib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin dövlət tərəfindən genişmiqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunduqlarını vurğulayıb.

Qeyd edilib ki, bu tədbirlərin mühüm bir istiqaməti onların mənzillə təmin edilməsidir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişləndirilib.

Postmüharibə dövründə onlara 7300-dən, ümumilikdə ötən dövrdə 16 mindən çox mənzil təqdim edilib.

Bu dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə yönələn müavinət və təqaüdlərin də orta hesabla 2 dəfədən çox artırıldığı bildirilib. Eyni zamanda, bu kateqoriyalara aid vətəndaşların məşğulluq məsələlərinin həlli, reabilitasiya xidmətləri ilə təminatı sahələrində də ardıcıl işlərin aparıldığı diqqətə çatdırılıb.

Yeni mənzillərlə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər onlara göstərilən yüksək diqqət və qayğıya, bu gün isə yeni mənzillərlə təmin edildiklərinə görə Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.



Xəbəri paylaş

47 dəfə oxunub.

Digər xəbərlər