Saytımızı qiymətləndirin


 
 

Tramp: İsrail Livanda daha yumşaq davranmalıdır
Tarix: 18-06-2026 | Saat: 07:19
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ Prezidenti Donald Tramp

 

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İsrail Livanda hərbi əməliyyatlar zamanı daha ehtiyatlı davranmalı və “Hizbullah”a qarşı mübarizədə daha hədəfli addımlar atmalıdır.

Qarabaginfo.az xəbər verir ki, Tramp bunu Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammitindən sonra keçirilən mətbuat konfransında deyib

“Bizim Livan məsələsində İsraillə kiçik fikir ayrılığımız var. Mən deyirəm ki, bir qədər yumşaq davran, Bibi. ‘Hizbullah’dan bir nəfər binaya daxil oldu deyə bütün binanı dağıtmaq lazım deyil”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti eyni zamanda Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraanın “Hizbullah”a qarşı mübarizə aparmağa hazır olduğunu iddia edib.

“Hizbullah onun düşmənidir. O, bu məsələyə yüksək dəqiqliklə yanaşardı”, – deyə Tramp vurğulayıb.

Bununla yanaşı, ABŞ lideri qeyd edib ki, Livanın özünün bu cür yanaşmanı dəstəkləyib-dəstəkləmədiyi də nəzərə alınmalıdır.

Tramp yaxın bir-iki həftə ərzində Livan rəhbərliyinin ABŞ-a səfər edəcəyini də açıqlayıb.



Xəbəri paylaş

10 dəfə oxunub.

Digər xəbərlər