Saytımızı qiymətləndirin


 
 

Selfi dəhşəti: 13 yaşlı oğlan Şahdağda necə öldü?
Tarix: 07-12-2021 | Saat: 13:50
Bölmə:Karusel / Gündəm | çapa göndər

Selfi dəhşəti: <span style="color:red">13 yaşlı oğlan Şahdağda necə öldü?</span>

Dekabrın 5-də Qusar rayonu Ləzə kəndində - Şahdağ zirvəsinin yaxınlığında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Qarabaginfo.az xəbər verir ki, dağlıq əraziyə istirahətə gedən 2008-ci il təvəllüdlü Rüstəmli Nihad Niyaz oğlu qayadan yıxılaraq ölüb.

Bildirilib ki, orta məktəb şagirdi olan Nihad məktəbli dostları ilə birgə Şahdağa istirahətə gedib. Bu məqsədlə onlar avtobus icarəyə götürüblər və Bakıdan Qusara yola düşüblər. Qarlı-şaxtalı havada dağlıq ərazidə dostları ilə birlikdə şəkil çəkdirən N.Rüstəmli daha sonra hündürlüyü 50 metrdən çox olan qayanın üstünə çıxaraq selfi çəkdirmək istəyib. Bu zaman onun ayağı sürüşüb və 13 yaşlı oğlan qayadan yıxılıb. O, elə hadisə yerində vəfat edib.

N.Rüstəmlinin meyiti ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.



Xəbəri paylaş

319 dəfə oxunub.

Digər xəbərlər