Saytımızı qiymətləndirin


 
 

Müğənnilər avtobus sürücüsünün döyülməsi haqda: "Biabırçılıqdır"
Tarix: 22-09-2017 | Saat: 15:32
Bölmə:Gündəm | çapa göndər

Son günlər sosial şəbəkədə bir sərnişinin avtobus sürücüsünü döyməsi ilə bağlı video yayılıb.

Qarabağinfo.az axşam.az-a istinadən bildirir ki, Murad Arifin "Status" verilişində sözügedən görüntülər müzakirə edilib. Müğənnilər avtobus sürücüləri ilə bağlı fikirlərini bölüşüblər:

Ceyhun Əliyev onları yol hərəkət qaydalarını tez-tez pozmaqda günahlandırıb:

"Tələbə vaxtı ictimai nəqliyyatdan istifadə edirdim. İndi öz avtomobilim var. Avtobus sürücüləri çox tərbiyəsizliklər edirlər. Düzdür, buna hamını aid etmək olmaz. Çoxları qanunsuz yerdə saxlayır, maşınlara zərər vururlar, sərnişinlərə aqressiv yanaşırlar. Çox narazıyam avtobus sürücülərindən. Onların psixoloji problemini həll etmək alzımdır. Xəstə sürücünü işə götürmək düz deyil".

Lalə Məmmədova isə sərnişinləri qınayıb:

"Neçə gündür sərnişinin sürücünü döymə videosuna baxıb əsəb keçirirəm. Biz böyüklərə hər zaman hörmətlə yanaşmışıq, böyüklərin yanında heç səsimizin tonunu qaldırmamışıq. Bir vətəndaş olaraq hər birimiz qaydalara əməl etməliyik. Bu ölkənin qaydaları, aidiyyəti qurumları var. Biz bunlara həm sürücü, həm də vətəndaş olaraq əməl etməliyik. Qaydaları xaricdə görəndə, gəlib ağızdolusu danışırıq. Öz ölkəmizdə bunu yaratmırıq. O cavan oğlan el içinə necə çıxacaq? Düşündüm ki, bəlkə sürücü nəsə deyib, günahı var. Amma heç bir səhvi yoxdur. Sürücü təkdir, sərnişin çoxdur. İnsanları ünvanına çatdırmağa çalışan bir yaşlı insanı necə döymək olardı? Fiziki təzyiq göstərmək biabırçılıqdır".

Müğənni Aslan Hüseynov isə avtobus sürücülərinin tıxac yaratdığını söyləyib:

"Bir neçə ölkədə yaşamışam, çox yer gəzmişəm... Heç yerdə belə hadisələrə rast gəlməmişəm. Bizdə avtobuslar dönən kimi saxlayırlar, tıxac yaradırlar. Aləm bir-birinə dəyir. Bu işə baxanlar çox vaxt bunları görür, reaksiya vermirlər. Böyük problemdir".

Qeyd edək ki, "Status" verilişi "Lider" telekanalında yayımlanır.



Xəbəri paylaş

591 dəfə oxunub.

Digər xəbərlər