Saytımızı qiymətləndirin


 
 

Səməd Seyidov: "Azərbaycana qarşı informasiya müharibəsi aparılır"
Tarix: 10-10-2022 | Saat: 19:22
Bölmə:Karusel / Manşet | çapa göndər

Səməd Seyidov

"Azərbaycana qarşı informasiya müharibəsi aparılır. Əsli olmayan videolar, ittihamlar irəli sürülür, səfirliklərimizə hücumlar edilir. Elə göstərməyə çalışılır ki, ancaq bir tərəf günahkardır. Bu, doğru deyil. İki ölkə arasında sülh dialoqlarından, müsbət inkişaflardan sonra hər zaman Ermənistan tərəfindən hücumlar, ittihamlar görülür".

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Səməd Seyidov bu gün AŞPA-nın payız sessiyasının ilk günündə Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlarla bağlı məsələnin müzakirəsi zamanı çıxış edərək bildirib ki, Ermənistan tərəfi razılaşdığı öhdəlikləri yerinə gətirmək istəmir.

Deputat qeyd edib ki, Ermənistan Azərbaycan ərazilərindən çəkilməli, Azərbaycanla birgə masa arxasında oturaraq delimitasiya və demarkasiya haqqında danışmalıdırlar.

O, həmçinin deyib ki, Ermənistan Gəncə və Xocalıda cinayət törədənləri qanun qarşısına çıxarmalıdır: "Bu assambleya sadəcə, müharibə haqqında düşünənlərin əlində bir alətə çevrilmək üzrədir. Azərbaycan isə hər zaman sülh haqqında düşünür və regionda buna nail olmaq üçün əlimizdən gələni edəcəyik".(apa.az)



Xəbəri paylaş

1154 dəfə oxunub.

Digər xəbərlər