Saytımızı qiymətləndirin


 
 

"Qarabağ Azərbaycanın bir hissəsi olmayacaq, Yerevan isə İrəvan ola bilməz" - Manukyan ÇƏRƏNLƏDİ
Tarix: 10-11-2022 | Saat: 16:50
Bölmə:Karusel / Region | çapa göndər

“Biz öz iştirakımızla göstərəcəyik ki, Ermənistan və Qarabağ təslim olmaq fikrində deyil”.

Qarabaginfo.az xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının üzvü Areqnaz Manukyan öz Facebook səhifəsində yazıb. Noyabrın 5-də İrəvanda mitinq keçirilməsi planlaşdırılır.

“Noyabrın 5-i saat 15:00-da “Place de France”da keçiriləcək mitinqə qatılacağam. Biz öz iştirakımızla göstərəcəyik ki, Ermənistan və Qarabağ təslim olmayacaq, yaşayacaq və mübarizə aparacaq.

Biz dünyaya göstərməliyik ki, bir nəfərin qərarları qanunsuzdur, Qarabağ Azərbaycanın bir hissəsi olmayacaq, Yerevan isə İrəvan ola bilməz”, – deyə o çərənləyib.



Xəbəri paylaş

1133 dəfə oxunub.

Digər xəbərlər