Saytımızı qiymətləndirin


 
 

“Bir nəfər var idi, vətən naminə ölməyə hazır idi, amma 5 mindən çox uşağı qurban verdi” – Kazinyan SİRRLƏRİ AÇDI
Tarix: 16-10-2021 | Saat: 21:39
Bölmə:Karusel / Region | çapa göndər

“Bir nəfər var idi, vətən naminə ölməyə hazır idi, amma 5 mindən çox uşağı qurban verdi” – Kazinyan SİRRLƏRİ AÇDItwitter sharing buttonodnoklassniki sharing buttonvk sharing buttonwhatsapp sharing buttonemail sharing buttonprint sharing button

“Bir nəfər var idi, vətən naminə ölməyə hazır olduğunu deyirdi, amma 5 mindən çox uşağı qurban verdi”.

Qarabaginfo.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Parlamentin “Ermənistan” fraksiyasından olan deputatı Artur Kazinyan səsləndirib:

“Biri var idi, Vətən naminə ölməyə hazır olduğunu söyləyirdi, amma 5 mindən çox uşağı – əsl vətənpərvərləri qurban verdi. Özü isə təhlükəsizliyini ikiqat artırır və ətrafındakı polislərin sayını çoxaldır.

İndi Ermənistan naminə həbsxanaya düşməyə və sərvətini itirməyə hazır olan başqa biri üzə çıxıb. Anlaya bilmirəm! bunlar eyni suyu içirlər, yoxsa yalan və populizm üçün hava ilə daxil olan xüsusi vaksin istifadə edirlər?

Daha sonra Artur Kazinyan xeyriyyəçi və milyarder Ruben Vardanyanın bir müddət öncə  Ermənistanın İctimai Televiziyasına müsahibəsi zamanı verdiyi açıqlaması ilə fikirlərini tamamlayıb: “Artsax” mənim üçün qırmızı xəttə çevrilib. Əgər Qırmızı xətti keçsəm, bu o deməkdir ki, mən Rusiya və Ermənistanda hər şeyimi itirməyə, hətta həbsxanaya getməyə hazıram. Əgər siyasi mübarizə hüquqi müstəvidə getməsə, o zaman haqqımda ən pis şeylərin yazılmasına hazıram. Qərara gəlmişəm ki, “Artsax”ın və Ermənistanın gələcəyi, şəxsi sərvətimdən, ailəmin təhlükəsizliyindən və mənimlə bağlı hər hansı bir məsələdən daha vacibdir”.

Deputat Artur Kazinyan milyarder Ruben Vardanyanın məhz bu fikirlərini populist və yalan adlandıraraq, onu tənqid edib.



Xəbəri paylaş

1246 dəfə oxunub.

Digər xəbərlər
16-09-2021, 15:17 Prezident təltif etdi