Saytımızı qiymətləndirin


 
 

“Uzaq sahillərdə” filmi Berlində bərpa olundu
Tarix: 25-04-2025 | Saat: 15:08
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

uzaq-sahillerde-filmi-berlinde-berpa-olundu

Azərbaycanın Almaniyadakı Səfirliyinin sifarişi ilə “Uzaq sahillərdə” filminin (1958) alman dilindəki versiyası Berlində rəqəmsallaşdırılaraq bərpa edilib.

Bu barədə Qarabaginfo.az-asəfirlikdən məlumat verilib.

Qeyd edilib ki, filmin görüntü və səs keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.

“Uzaq sahillərdə” filmi 1959-cu ildə Almaniyanın DEFA studiyası tərəfindən Berlində alman dilinə dublyaj edilərək “Damals in Triest” adı ilə nümayiş etdirilib. Səfirliyin arxivlərlə apardığı iş nəticəsində filmin alman dilindəki versiyası aşkarlanaraq Berlində klassik filmlərin bərpası ilə məşğul olan şirkət tərəfindən yüksək keyfiyyətdə bərpa edilib.

Filmin bərpa olunmuş versiyası aprelin 23-də Berlinin tanınmış “Urania” elm mərkəzinin kinoteatrında nümayiş etdirilib.

Bərpa edilmiş versiyaya buradan baxmaq olar.



Xəbəri paylaş

319 dəfə oxunub.

Digər xəbərlər