Tarix: 22-08-2022 | Saat: 18:34
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ukrayna prezidentinin müşaviri Mixail Podolyak Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Darya Duqinanın qətlində Ukrayna kəşfiyyatının məsuliyyət daşıması ilə bağlı ittihamına cavab verib.
Qarabaginfo.az xəbər verir ki, Podolyak bu barədə "Twitter"də bildirib.
"Rusiya təbliğatı uydurma dünyada yaşayır: ukraynalı qadın və onun 12 yaşlı uşağı təbliğatçı Dariya Duqinanın avtomobilini partlatmaqda məsul “təyin edilib”. Qəribədir ki, “Estoniya vizası”nı hadisə yerində tapmayıblar. Rusiya xüsusi xidmət orqanlarında gürzələr növlərarası döyüşə başlayıblar", Podolyak paylaşımında qeyd edib.
Qeyd edək ki, Rusiya FTX Duqinanın qətlində Ukrayna xüsusi xidmət orqanlarını ittiham edir.
"Cinayət Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və törədilib. Hadisəni törədən şəxs Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü Vovk Natalya Pavlovnadır. O, 2010-cu il təvəllüdlü qızı ilə birgə iyulun 23-də Rusiyaya gəlib. D.Duqinanın qətlini təşkil etmək və onun həyat tərzi haqqında məlumat əldə etmək üçün Moskvada mərhumun yaşadığı binada mənzil kirayələyiblər.
Qətl günü Vovk Duqinanın fəxri qonaq qismində iştirak etdiyi “Ənənəvi” ədəbi-musiqi festivalında olublar. Vovk qətli törədəndən sonra - 2022-ci il avqustun 21-də qızı ilə birlikdə Pskov vilayətindən Estoniyaya keçib”, - FTX-nın məlumatında qeyd olunub.
Digər xəbərlər