Şəhid Muxtar Məmmədovun nəşi Naxçıvana gətirilib
Tarix: 16-05-2025 | Saat: 09:39
Bölmə:Karusel / Sosial | çapa göndər
173 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 16-05-2025 | Saat: 09:39
Bölmə:Karusel / Sosial | çapa göndər
I Qarabağ müharibəsində itkin düşən, şəhid Muxtar Bayram oğlu Məmmədovun nəşi Naxçıvana gətirilib.
Qarabaginfo.az xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında üçrəngli bayrağa bükülmüş şəhidin tabutunu ailə üzvləri, yaxınları, dövlət və hökumət nümayəndələri qarşılayıb.
Yayılım atəşi açılıb, Qurani-Kərimdən ayələr oxunub, şəhidin cənazəsinin önündən keçilib.
Qeyd edək ki, şəhidlə vida mərasimi onun doğulduğu Sədərək rayonu Dəmirçi kəndində keçiriləcək.
Muxtar Bayram oğlu Məmmədov Dəmirçi kəndində doğulub və o, könüllü olaraq I Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib.
26 yanvar 1994-cü ildə erməni işğalçılarına qarşı gedən döyüşlərdə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.
Xəbəri paylaş
Digər xəbərlər
4-03-2021, 09:32
Qubadlı polisi vəzifə başında - VİDEO
3-05-2021, 15:30
Ermənistan parlamenti Paşinyanı baş nazir seçmədi
25-08-2025, 18:46
Paytaxtda pərakəndə ticarət dövriyyəsinin həcmi 17 mlrd. manatı ötüb
8-05-2024, 17:06
Netanyahu ABŞ Mərkəzi Kəşfiyyat Xidmətinin rəhbəri ilə görüşüb
26-02-2021, 15:25
Türkiyə-Ermənistan sərhədi də açıla bilər - İlham Əliyevdən REAKSİYA
5-01-2022, 15:30
Stansiya: Koronavirusla bağlı yaxma temperatur 38 dərəcədən yüksək olduqda götürülür
7-11-2022, 10:55
Bu gün toyu olacaqdı, salona gedərkən qəzada öldü



















