Tarix: 01-02-2022 | Saat: 20:29
Bölmə:Karusel / Siyasət | çapa göndər
“ABŞ-Azərbaycan əlaqələrinin 30 ili iki ölkə arasında dostluğun və əməkdaşlığın inkişafı baxımından uğur hekayəsidir”.
Qarabaginfo.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi "ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili" adlı vebinarda deyib.
O bildirib ki, Azərbaycan 11 sentyabr hadisələrindən sonra ABŞ-ın başlatdığı terrorçuluğa qarşı mübarizəyə göstərdiyi hərbi və logistik dəstəyi ilə yaxşı dost olduğunu sübut edib: “Ölkələrimiz arasındakı əlaqələrin və dostluğun tarixi səfir Hafiz Paşayevin “Bir səfirin manifesti” adlı kitabında çox yaxşı izah edilib. ABŞ-ın Azərbaycana dəstəyi ölkəmizin suverenliyi və müstəqilliyini gücləndirir. Bu dəstəyin regional təhlükəsizliyin vacib komponenti olduğu təsdiq edilib. Bu illər boyunca ABŞ və Azərbaycan əməkdaşlığı yeni səviyyələrə qalxıb. 11 sentyabr hadisələri ABŞ-Azərbaycan əməkdaşlığında dönüş nöqtəsi idi. Bizim hər zaman dediyimiz kimi, dost dar gündə tanınar. Azərbaycan da, terrorizm əleyhinə alyansa qoşuldu və öz logistik dəstəyini təmin etdi”.
Prezidentin köməkçisi qeyd edib ki, azərbaycanlı və ABŞ əsgərləri terrorçuluğa qarşı çiyin-çiyinə döyüşərək Əfqanıstandakı missiyaya dəstək veriblər.
H. Hacıyev vurğulayıb ki, azərbaycanlı və ABŞ əsgərlərinin terrorçuluğa qarşı həyata keçirdiyi daha bir əməliyyat isə İraq missiyası olub.
Digər xəbərlər