Saytımızı qiymətləndirin


 
 

Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib
Tarix: 21-08-2026 | Saat: 17:49
Bölmə:Karusel / Təhsil | çapa göndər

Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib

Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir.

Bu barədə Qarabaginfo.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki,valideynlər məktəbli formaları ilə bağlı məlumatı övladlarının təhsil aldığı məktəblərdən, eyni zamanda yerli təhsili idarəetmə bölmələri ilə əlaqə saxlayaraq əldə edə bilərlər.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022 ci il tarixli “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarına əsasən, ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir.

Belə ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib. Vahid geyim forması ən azı 3 tədris ili ərzində dəyişilməz qalır.



Xəbəri paylaş

11 dəfə oxunub.

Digər xəbərlər