Saytımızı qiymətləndirin


 
 

Ukrayna kəşfiyyatı Sərkisyanı bu yolla məhv etdi
Tarix: 03-02-2025 | Saat: 23:06
Bölmə:Karusel / Dünya | çapa göndər

Naməlum şəxs Moskvada “Alıye parusa” (Al yelkənlər) yaşayış kompleksinin foyesində quraşdırılan partlayıcı qurğunu Armen Sərkisyanın meydana çıxmasını gözləyib, uzaqdan işə salıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

“Dəhlizdəki divanda əvvəlcədən yerləşdirilən partlayıcı qurğu uzaqdan işə salınıb. Çox güman ki, Sərkisyanı kənardan izləyiblər. O, dəhlizə çıxanda bomba işə düşüb", - agentliyin mənbəsi bildirib.

Onun sözlərinə görə, hazırda təhlükəsizlik qüvvələri yaşayış kompleksində və onun ətrafında kimin olduğunu müəyyən etmək üçün videokamera qeydlərini öyrənirlər.

Qeyd edək ki, Moskvanın şimal-qərbindəki 29 mərtəbəli yaşayış kompleksində bu gün baş verən partlayışda Armen Sərkisyan və mühafizəçisi ölüb.

Sərkisyan Ukraynada döyüşən “Arbat” (erməni batalyonu - red.) batalyonunun yaradıcısı, "dxr"in "boks federasiyası"nın “prezidenti”dir. O, Ukraynaya qarşı savaş üçün Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərində məhbuslar arasından qanunsuz silahlı birləşmələr yaratmağa kömək edib.

Onu Ukrayna kəşfiyyatının məhv etdiyi ehtimal edilir

 



Xəbəri paylaş

22 dəfə oxunub.

Digər xəbərlər