Saytımızı qiymətləndirin


 
 

“Rusiya Belarusa yeni qüvvələr yerləşdirir” – Baş Qərargah
Tarix: 25-03-2022 | Saat: 17:52
Bölmə:Karusel / Region | çapa göndər

“Rusiya komandanlığı Ukraynaya qarşı hücum əməliyyatları üçün platforma kimi istifadə etdiyi Belarusa yeni qüvvələr ötürür”

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının xülasəsində deyilir.

Məlumatda o da qeyd edib ki, Rusiya qoşunları irimiqyaslı müharibənin əsas məqsədlərinə – Kiyevin blokadasına və Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çıxışa nail ola bilməyib. Bununla belə, Rusiya ilhaq edilmiş Krımla Donetsk vilayətinin bir hissəsi arasında quru dəhlizinin yaradılmasında qismən uğur əldə ediblər.

Eyni zamanda, 37-ci motoatıcı briqadası ilə 36-cı Ordunun 5-ci İxtisaslaşdırılmış Atıcı Briqadasından təşkil edilmiş birləşmələrin formalaşdırılması və Belarusa göndərilməsi üçün tədbirlər görülür. Məqsəd isə Ukraynadakı itkilərin yerini doldurmaqdır.(konkret.az)

 



Xəbəri paylaş

1243 dəfə oxunub.

Digər xəbərlər