Energetika naziri: Qazaxıstanın 3 AES-ə ehtiyacı var
Tarix: 29-01-2025 | Saat: 18:59
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Qazaxıstanın respublikada nüvə klasterinin yaradılması üçün üç atom elektrik stansiyasına (AES) ehtiyacı var.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Almassadam Satkaliyev bildirib.
Bununla bağlı nazirlik 2025-ci ilin ikinci rübünə qədər bu məsələ ilə bağlı hərtərəfli plan hazırlayacaq.
"Nüvə klasterinin yaradılması üçün ən azı üç AES lazımdır. Biz xüsusilə Energetika Nazirliyinin strateji planını hazırlayarkən bu prizmadan çıxış edəcəyik. Sahələr AES-in yerləşəcəyi ümumi plan əsasında müəyyən ediləcək", - o, brifinqdə deyib.
Energetika Nazirliyinin apardığı araşdırmaya görə, Balxaş gölünün yaxınlığındakı Almatı rayonu AES üçün ən uyğun yer kimi müəyyən edilib.
Qazaxıstan hakimiyyəti bir neçə potensial nüvə texnologiyası təchizatçısını, o cümlədən Çinin CNNC, Cənubi Koreyanın KHNP, “Rosatom” və Fransanın EDF şirkətlərini nəzərdən keçirir.
Hökumət layihənin həyata keçirilməsi üçün beynəlxalq konsorsiumun yaradılması imkanlarını da araşdırır.
147 dəfə oxunub.
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024, 13:30
COP29-da UNICEF-in təşkilatçılığı ilə uşaq və gənclərin mətbuat konfransı keçirilib - FOTO
1-10-2025, 16:41
Prezident İlham Əliyev: Bu gün Azərbaycan qazı Avropa İttifaqına səkkiz üzv ölkənin enerji təhlükəsizliyini dəstəkləyir
9-07-2025, 13:42
Hakan Fidan: Türkiyə Cənubi Asiyada sülh və sabitliyin tərəfdarıdır
29-10-2024, 17:46
Putin: Nüvə silahından istifadə ölkənin təhlükəsizliyini təmin etmək üçün son çarədir
2-03-2022, 22:45
"Dostlar, siz möhtəşəmsiniz!" - Ukraynanın Azərbaycandakı səfiri
6-03-2025, 15:12
Ağdərənin Həsənriz kəndinə növbəti köç oldu.
24-11-2024, 10:11
Rusiya “Oreşnik”lə yeni zərbəyə hazırlaşır: vaxt açıqlandı