Ağdərənin Həsənriz kəndinə növbəti köç oldu.
Tarix: 06-03-2025 | Saat: 15:12
Bölmə:Karusel / Qarabağ | çapa göndər
258 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 06-03-2025 | Saat: 15:12
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Bu gün növbəti köç karvanı ilə Ağdərə rayonunun Həsənriz kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Həsənriz kəndinə 25 ailə, 75 nəfər köç edib. Açarların təqdim edilməsi mərasimində, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, mətbuat nümayəndələri və digər şəxslər iştirak ediblər. Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi nümayəndəliyinin əməkdaşı Səbuhi Qəhramanov bildirib ki, işğaldan sonra Həsənriz kəndində yenidənqurma və bərpa işlərinə başlanıb. Artıq kəndə 50 ailə köçürülüb. Bundan sonra da köç mərhələli şəkildə həyata keçiriləcək. Hazırda kənddəki fərdi yaşayış evlərində təmir işləri həyata keçirilir. Qısa zamanda Həsənriz kəndi elektrik enerjisi, içməli su və təbii qazla təmin edilib. Burada insanların yaxşı yaşaması üçün bütün zəruri infrastruktur qurulub".
Doğma yurda qayıdan Ağdərə rayon sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Həsənrizə qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyatı qurumlara xəbər vermələri tövsiyə olunub.Qeyd edək, martın 3-də Həsənriz kəndinə ilk köç olub.25 ailə doğma torpağına qayıdıb.
Afət Telmanqızı





Xəbəri paylaş
Digər xəbərlər
17-08-2025, 21:58
Trampın nümayəndəsi: “Putin sazişə kollektiv müdafiə müddəasının daxil edilməsinə razılıq verib”
13-06-2024, 10:07
Ərdoğan İspaniya kralı VI Felipe ilə görüşüb - FOTO
29-05-2021, 09:52
Rusiya Zəngəzura sərhədçilərin yeni kontingentini yeritdi
30-07-2025, 11:57
Yaponiyada rekord istilər qeydə alınıb
18-07-2020, 15:08
Səfir Londonda erməni təxribatı ilə üzləşən azərbaycanlılara vətənpərvərliklərinə görə təşəkkür edib
25-06-2022, 18:48
7 boksçumuz beynəlxalq turnirdə finala yüksəldi
25-08-2025, 18:41
Donald Tramp: İlham, Siz böyük lidersiniz
15-04-2018, 10:39
Leyla Əliyeva açılışda - Fotolar
9-05-2020, 11:40
Prezidentdən 9 May paylaşımı - Foto
15-05-2024, 12:01
“77 nəfər dünyanın top universitetlərinə qəbul olunub”


















