Saytımızı qiymətləndirin


 
 

ATƏT-in Minsk qrupunu kim “dirildir“? - “Demaqoqcasına, ermənipərəst mövqe tutmaqla...“
Tarix: 13-10-2021 | Saat: 15:24
Bölmə:Karusel / Siyasət | çapa göndər

ATƏT-in Minsk qrupunu kim “dirildir“? - “Demaqoqcasına, ermənipərəst mövqe tutmaqla...“

Fransanın Ermənistandakı səfiri Anne Luyo maraqlı açıqlama ilə çıxış edib. Xanım səfir ölkəsinin Rusiya və ABŞ-la Qarabağa dair uzun müddətli müqavilə imzalamağa hazırlaşdığını bildirib. 

Anne Luyo bölgədə davamlı sabitliyin təmin olunması üçün ATƏT-in Minsk qrupu ölkələrinin prossesdə iştirakının vacibliyini dilə gətirib. 

ATƏT-in Minsk qrupunun yenidən "dirilməsi" Azərbaycana nə vəd edir? Məşhur üçlüyün təkrar bir araya gəlməsi Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbəyə kölgə sala bilərmi? 

Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı “yeni sabah”a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, 44 günlük müharibədən sonra bir sıra beynəlxalq təşkilatlar və dövlətlər sanki Qarabağ probleminin həlli ilə bağlı məsələlərdə kənarda qalmaları ilə barışmaq istəmirlər:

O qeyd edib ki, bu səbəbdən son zamanlar ABŞ və Fransa daha da fəallaşıb. Onlar hər vasitə ilə Cənubi Qafqazda ən uzun müddətli münaqişə olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə özlərinin iştirakını təmin etməyə çalışırlar. 

“Əvvəllər Minsk qrupu formatı var idi. Amma onlar prosseslərə təsir etmək imkanına malik olmadıqları üçün uzun müddətdir prosseslərdən kənarda qalmışdılar. Müharibə qurtarıb, nizamlanma, sülh yaradıcılığı prossesi gedir. Zəifdir ya sürətlidir, bunu demək çətindir. Amma hər halda bu prosses hərəkətdədir və bu prossesin əsas  lokomotivi kimi Rusiya çıxış edir. Türkiyyə də bu prosseslərdə iştirak edir, ancaq Rusiyanın təsiri daha çox hiss olunur. Rusiya ikili oyun oynayır. Bir tərəfdən bu prosseslərə digər fövqəl gücləri qatmaq istəmir, Cənubi Qafqazda tam öz hökümranlığını, geostratteji üstünlüyünü qorumağa çalışır. Digər tərəfdən isə Minsk qrupunun yenidən fəaliyyətə başlamasını müdafiə edir. Son zamanlar məhz Fransanın demaqoqcasına, açıq ermənipərəst çağırışlar etməsi ilə Minsk qrupunun canlandırılmasının zəruriliyindən danışırlar. Və Amerika da bu prossesə qoşulub.”

Politoloqun sözlərinə görə, müharibənin gedişində Makron Ermənistanın baş nazirinə bildirib ki, status məsələsindən narahat olmasınlar, onu təmin edəcəklər. İndi isə status məsələsi Azərbaycanın prezidentinin ifadəsi ilə desək, “gorbagor” olub. Kimlər diriltmək istəyirsə, aparsın öz ərazisində diriltsin. Qərb ölkələrində ikili standartlar, anti-müsəlman əhval-ruhiyyə açıq və qabarıq sürətdə özünü göstərir. İstər sülhyaratma prossesi olsun, istər bölgədə əmin-amanlıq yaratmaq mövzularında həmişə anti-müsəlman mövqeyi sərgiləyirlər.”

Q.Hüseynli Qarabağda yaşayan ermənilərin status arzusunu da dəyərləndirib:

“Özü də az qala müstəqillik səviyyəsinə çatan statusdan söhbət açırlar. Zənnimcə, Minsk qrupu, xüsusilə də Minsk qrupunu təmsil edən ölkələr birləşib ümumi şəkildə bəyanat imzalasalar və bu bəyanatı nimazlamanın mərkəzinə qoysalar, bu prosses alınmayacaq. Xristian ölkəsinin dedikləri, bir tərəfli və ermənipərəst mövqelər Azərbaycan üçün yerinə yetirilməsi mümkün olmayan prossesdir. Azərbaycan bu prossesin qalibidir. Öz ərazi bütövlüyünü təmin edən ölkə kimi bundan sonra bölgədə baş verən prosseslərdə söz sahibi Azərbaycan olmalıdır. Dünyanın o başından gəlib Cənubi Qafqazda problemlərin həllini ermənipərəst mövqedən həll etməyə çalışacaqlarsa, bu problemi çözməyəcək, əksinə daha da mürəkkəbləşdirəcək. Azərbaycan Minsk qrupunun yenidən fəaliyyətinə bu şərtlə razılıq verdi ki, onlar Azərbaycan və Ermənistan görüşünün təşkil edilməsi məsələsi ilə məşğul olsunlar, digər məsələlərə burunlarını soxmasınlar.

Rəsmi Bakı daha çox Rusiya,Türkiyə, Azərbaycan və Ermənistan dördlüyünü qəbul edir. Minsk qrupunun tükəndiyini və hər hansı kömək edə biləcəyini məqbul saymır. Buna görə də, Azərbaycanın mövqeyi başqa mövqelərdən ədalətliliyi, obyektivliyinə görə fərqlənir. Və Azərbaycan sonuna kimi də bu mövqedən çıxış edəcəkdir.”



Xəbəri paylaş

1265 dəfə oxunub.

Digər xəbərlər