Saytımızı qiymətləndirin


 
 

KİV: Netanyahu hökuməti HƏMAS üzvlərinə milyonlarla dollar və təhlükəsiz keçid vəd edib
Tarix: 05-11-2024 | Saat: 08:00
Bölmə:Karusel / Dünya | çapa göndər

KİV: Netanyahu hökuməti HƏMAS üzvlərinə milyonlarla dollar və təhlükəsiz keçid vəd edib

İsrail mətbuatında yer alan xəbərlərdə Baş nazir Benyamin Netanyahu hökumətinin Qəzza zolağında israilli məhbusların azad edilməsi qarşılığında HƏMAS üzvlərinə milyonlarla dollar və təhlükəsiz keçid zəmanəti verdiyi iddia edilib.

Qarabaginfo.az xəbər verir ki, İsrailin Qəzza zolağına hücumları 395 gündür davam etdiyi bir vaxtda Qəzza zolağında əsir mübadiləsi də daxil olmaqla atəşkəs razılaşması üçün səylər davam edir.

Mətbuatda yayılan xəbərlərdə Netanyahunun bu axşam keçirilən təhlükəsizlik şurasının iclasında HƏMAS üzvlərinə azadlığa buraxılan hər məhbus üçün milyonlarla dollar və onlara Qəzza zolağından ailələri ilə birlikdə təhlükəsiz keçid zəmanəti verilməsi barədə göstəriş verdiyi bildirilib.

İsrail hökuməti iddialarla bağlı heç bir açıqlama verməyib.



Xəbəri paylaş

23 dəfə oxunub.

Digər xəbərlər