Tarix: 12-11-2021 | Saat: 09:59
Bölmə:Karusel / Siyasət | çapa göndər
"Azərbaycan 30 ilə yaxın müddətdə öz suveren ərazilərinin Ermənistanın qanunsuz hərbi işğalından irəli gələn müxtəlif beynəlxalq hüquq pozuntuları ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edib".
Qarabaginfo.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.
"Ermənistana qarşı beynəlxalq səviyyədə hüquqi məsuliyyət tədbirlərinin həyata keçirilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan vətəndaşlarının hüquqlarının Ermənistan tərəfindən davamlı şəkildə pozulduğunu və BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edilərək BMT-nin 1965-ci il tarixli “İrqi ayrı-seçkiliyin bütün formaların ləğv edilməsi haqqında” beynəlxalq konvensiya əsasında Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı uzun müddət etnik təmizləmə siyasətinin aparılmasını sübut edən faktlar təsbit olunub", - o vurğulayıb.(Report)
Digər xəbərlər