Saytımızı qiymətləndirin


 
 

“Saxlanılan gəmilərimizlə bağlı danışıqlar aparılır”- Ceyhun Bayramov
Tarix: 20-01-2025 | Saat: 16:06
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

saxlanılan gəmilərimizlə

Eritreyada saxlanılan gəmilərimizlə bağlı qarşı tərəflərlə Ankara, Moskva səfirlikləri vasitəsilə də danışıqlar davam edir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Report”un sualına cavabında xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, danışıqlarda müsbət irəliləyişlər müşahidə olunur.
C.Bayramov qeyd edib ki, məsələ barədə ilk məlumat daxil olan kimi nazirlik və müvafiq diplomatik missiyalar addım atıb, aidiyyəti qurumlarla birlikdə iş görülür.
Xatırladaq ki, sözügedən gəmilərdə 18 Azərbaycan vətəndaşı və 6 əcnəbi vətəndaş olmaqla, ümumilikdə 24 nəfər mövcuddur.Qeyd olunan məsələ ilə əlaqədar kapitanlardan məlumat daxil olan kimi şirkət rəsmi qaydada müraciət edib. Daha sonra isə Xarici İşlər Nazirliyinə müvafiq qaydada müraciətlər olunub. Məsələnin həlli ilə əlaqədar adı çəkilən qurumlar ilə sıx əməkdaşlıq çərçivəsində bütün işlər görülüb.

 

Eyni zamanda gəmilərin sığortalanmasını həyata keçirən sığorta şirkətinin səlahiyyətləri nümayəndələrinə və Böyük Britaniyanın müvafiq hüquq şirkətlərinə də müvafiq müraciətlər edilib. Məsələnin həllinin tezləşdirilməsi üçün adı çəkilən təşkilatlar da əməkdaşlığa cəlb olunub.

Aparılan danışıqların nəticəsi olaraq, Eritreyanın müvafiq qurumları ilə məsələnin həllinə nail olmaq üçün şirkət səlahiyyətli nümayəndələr təyin edib və hazırda yoxlamanın yekunlaşması və gəmilərin sərbəst buraxılması üçün müvafiq sənədləşmə prosesi tamamlanmaq üzrədir.

Şirkətin səlahiyyətli nümayəndələri heyət üzvləri ilə daim sıx əlaqədədir və heyətin ərzaq təchizatı, eləcə də digər təchizat məsələlərində hər hansı problem mövcud deyil. Həmçinin, heyət üzvlərinin öz yaxınları ilə vaxtaşırı əlaqə saxlaya bilməsi üçün bütün texniki imkanları şirkət təmin edib.



Xəbəri paylaş

119 dəfə oxunub.

Digər xəbərlər