Saytımızı qiymətləndirin


 
 

Ədalət Vəliyev İqbal Ağazadə, Mirmahmud Fəttayev, Sərdar Cəlaloğlu, İlqar Məmmədov və Hafiz Hacıyevlə görüşüb
Tarix: 14-12-2020 | Saat: 17:21
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ədalət Vəliyev İqbal Ağazadə, Mirmahmud Fəttayev, Sərdar Cəlaloğlu, İlqar Məmmədov və Hafiz Hacıyevlə görüşüb

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri və ictimai fəallar ilə görüşləri davam edir.

Qarabaginfo.az xəbər verir ki, növbəti görüşlər Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, ReAL Partiyasının sədri İlqar Məmmədov və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə ayrı-ayrılıqda videokonfrans formatında təşkil olunub.

Görüşlər zamanı bir çox məsələlərlə yanaşı, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış böyük qələbə və bu qələbəyə Azərbaycan xalqının verdiyi qiymət, xalq və ordu birliyi, qazilərə dövlət qayğısı və onların reabilitasiyası, Vətən müharibəsi kontekstində Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri, işğaldan azad olunmuş ərazilərdə görüləcək işlər və əhalinin məskunlaşması, Azərbaycana qarşı intensiv şəkildə aparılan informasiya təzyiqləri fonunda milli və siyasi həmrəyliyin qorunmasının əhəmiyyəti və bu işdə siyasi partiyaların rolu müzakirə edilib. Həmçinin siyasi partiyalar haqqında yeni qanun layihəsi, Prezidentin dövlət quruculuğu məsələləri ilə bağlı təşəbbüsləri, vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün birgə reallaşdırıla biləcək layihələr, Azərbaycanda multikulturalizm ənənələri, ölkəmizdə yaşayan və yaşayacaq ermənilərə münasibət, eləcə də COVID-19 pandemiyası ilə mübarizədə maarifləndirmə işlərinin əhəmiyyəti və bir sıra digər önəmli mövzular ətrafında müzakirələr aparılıb.



Xəbəri paylaş

356 dəfə oxunub.

Digər xəbərlər