Saytımızı qiymətləndirin


 
 

“Parisin Qafqazda buna hazır olduğunu güman etmək sadəlövhlükdür” –Rusiya XİN
Tarix: 28-03-2024 | Saat: 10:21
Bölmə:Karusel / Region | çapa göndər

“Fransanın Cənubi Qafqazda təhlükəsizliyi təmin etməyə hazır və ya qadir olduğunu güman etmək sadəlövhlükdür”.

Bu barədə bu gün keçirilən brifinq zamanı Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, Fransanın belə imkanları olsaydı, bu dövlət onları Parisin müqavilə öhdəlikləri daşıdığı ölkələrdə tətbiq edərdi. “On illərdir orada olduqlarını, bu ölkələrə öz koloniyaları kimi baxdıqlarını nəzərə alsaq, orada bunu edə bilərdilər”, – diplomat deyib.

Mariya Zaxarovanın sözlərinə görə, Fransa bunu Afrika qitəsində etməli idi, çünki bunun üçün pul alsa da, oradakı missiyası uğursuzluğa düçar oldu: “Bütün Cənubi Qafqazın gələcəyi Paris üçün yalnız bir vasitədir. Bu, sadəcə təsir vasitəsidir, həm Rusiya ilə hibrid müharibə, həm də Afrika qitəsindəki uğursuzluqlar fonunda öz rifahını qorumaq və nüfuzunu qorumağın üsullarından biridir. Fransanın Cənubi Qafqaz regionunda olması kəşfiyyat xarakterli məlumat toplamaq, region dövlətlərini izləmək, ölkələrimiz arasında əldə edilmiş sülh razılaşmalarının, o cümlədən iqtisadi xarakterli razılaşmaların reallaşmasına imkan verməmək cəhdidir”, – deyə Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib.



Xəbəri paylaş

138 dəfə oxunub.

Digər xəbərlər