Saytımızı qiymətləndirin


 
 

Lavrov: Bakı və İrəvan birbaşa, vasitəçisiz razılığa gələ bilsə, biz ancaq şad olarıq 
Tarix: 18-10-2024 | Saat: 17:10
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Sergey Lavrov İsraillə İran arasındakı gərginliyi qiymətləndirib

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı hansı platformanın daha həyat qabiliyyətli olduğunu açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov İstanbulda “3+3” formatında keçirilən Regional Əməkdaşlıq Platformasının iclasından sonra keçirdiyi mətbuat konfransında Bakı-İrəvan münasibətlərinin normallaşması ilə bağlı mövcud platformalardan hansının daha həyat qabiliyyətli olması ilə bağlı suala cavab verib.

Rusiyalı nazir bildirib ki, harada Azərbaycan və Ermənistan razılığa gələ bilərlərsə, həmin platforma daha həyat qabiliyyətlidir: “Əgər onlar birbaşa (vasitəçisiz-red.) razılığa gələ bilsələr, biz ancaq şad olacağıq”.

Lavrov Azərbaycan və Ermənistana bu gün “3+3” platformasının istifadə etməyi təklif olunduğunu xatırladıb: “Ermənistan və Azərbaycanın qonşularının bu formatda gördüklərini nəzərə alsaq, bu təbii olardı. Lakin bu barədə qərarı Bakı və İrəvan verməlidir”.



Xəbəri paylaş

50 dəfə oxunub.

Digər xəbərlər