Saytımızı qiymətləndirin


 
 

Qarabağ Universitetinin Mühəndislik fakültəsinə dekan təyin olunub
Tarix: 10-07-2024 | Saat: 14:55
Bölmə:Karusel / Təhsil | çapa göndər

Qarabağ Universitetinin Mühəndislik fakültəsinə dekan təyin olunub

Qarabağ Universitetinin Mühəndislik fakültəsinə dekan təyin olunub.


Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Hüseyn Mirzəyev Mühəndislik fakültəsinə dekan təyin olunub.


Qarabaginfo.az xəbər verir ki, Hüseyn Mirzəyev Azərbaycan Texniki Universitetində mühəndis-mexanik ixtisası üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alıb, texnika elmləri üzrə fəlsəfə doktorudur.

Hüseyn Mirzəyev Azərbaycan Texniki Universitetində assistent, baş müəllim, dosent və "Müasir mexaniki intiqallar" elmi-tədqiqat laboratoriyasında baş elmi işçi vəzifələrində çalışıb. Bundan əlavə, Qazi Universiteti, İstanbul Texniki Universiteti və Cənubi Koreyanın İnha Universitetində elmi-tədqiqat işləri, həmçinin mübadilə proqramlarında iştirak edib.

H. Mirzəyev bir sıra elmi məqalə, kitab və patentlərin müəllifidir. O, Azərbaycan, rus, ingilis və alman dillərini bilir.

Hüseyn Mirzəyev bu təyinatadək Bakı Mühəndislik Universitetində Mexanika mühəndisliyi kafedrasının müdiri vəzifəsində çalışıb, həmçinin mühəndislik və layihə idarəetməsi üzrə müxtəlif fənləri tədris edib.



Xəbəri paylaş

1118 dəfə oxunub.

Digər xəbərlər